Gündüz İsmayılov: Təhsil müəssisələrində şəriətlə bağlı məsələlərdən söhbət gedə bilməz
15.12.2025

"Təhsil müəssisələrində şəriətlə bağlı məsələlərdən söhbət gedə bilməz".

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, dinin mədəniyyət və mənəviyyat tərəfi var: “Məhz hüquqi kontekstə dinin mədəniyyət və mənəvi dəyərlərinin gənclərə təbliğ etdirilməsi baxımından təhsilin mühüm rolu var”.