Təbriz Universitetinin 23 yaşlı fransız dili tələbəsi Mehtab Salehi yanvar ayında bu şəhərdə keçirilən etirazlar zamanı həbs edilib və 20 gündən çox müddət keçməsinə baxmayaraq, onun vəziyyəti, harada saxlanılması barədə hələ də dəqiq məlumat yoxdur.
Tələbə mənbələrindən əldə edilən məlumata görə, tələbənin ailəsinə həftələrlə davam mübarizədən sonra həbs barədə məlumat verilib.
Həmçinin deyilir ki, təhlükəsizlik orqanları bu işin mediada işıqlandırılmasına qarşı xəbərdarlıq edib və onun müvəqqəti azadlığa buraxılması üçün ağır girov tələb edilib.
Mövcud məlumata görə, Məhtab Salehinin mobil telefonu və noutbuku da daxil olmaqla şəxsi əşyaları müsadirə edilib və bu günə qədər onunla ailəsi arasında birbaşa əlaqə qurulmasına icazə verilməyib.
visiontv.az