Nobel mukafatcısı Nərgiz Məhəmmədi aclıq aksiyasına başlayıb
06.02.2026

Güneyli insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi həbsdə saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Nərgiz Məhəmmədi Fondunun məlumatına görə, o, ötən il dekabrın 12-də Məşhəd şəhərində zorakılıqla həbs olunub. Həbsin davam etməsinə, saxlanma şəraitinə, görüş hüququndan məhrum edilməsinə etiraz olaraq o, bazar ertəsindən aclıq aksiyası keçirir. Fond bildirib ki, xanım Məhəmmədi yalnız dekabrın 13-də qardaşı ilə bir qısa telefon danışığı aparıb.

Qadın fəalın sağlamlıq durumu artıq ürək tutmaları, yüksək təzyiq və bel diskində ciddi problemlər səbəbi ilə narahatedici sayılır. Ailəsi xəbərdarlıq edib ki, tibbi müalicədən imtina onun həyatını təhlükəyə ata bilər və bu, beynəlxalq insan haqları standartlarının açıq şəkildə pozulması deməkdir.

visiontv.az