Təbriz hərbi nəzarət altında: məktəblər bağlandı
23.01.2026

Təbriz şəhərinin Vəliəsr bölgəsində yerləşən dövlət məktəbləri bağlanıb. Şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH tam nəzarəti ələ alıb.

Məlumata görə, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib. Tanklar, zirehli avtomobillər və nəzarət məntəqələri şəhərdə hərəkətləri ciddi şəkildə məhdudlaşdırır.

Vətəndaşlardan gələn xəbərlərdə 15 yaşlı bir oğlanın döyülməsi də daxil olmaqla, təhqir və zorakılıq hallarına rast gəlinməsi bildirilib.

visiontv.az