İranın Hörmüz boğazında mina yerləşdirmə imkanları diqqət çəkir
10.03.2026

İranın Hörmüz boğazında mina maneələri qurmaq üçün istifadə edə biləcəyi müxtəlif hərbi imkanlar diqqət çəkir.

Məlumata görə, İran yalnız klassik üsulla yerləşdirilən ənənəvi dəniz minaları ilə kifayətlənmir. Bununla yanaşı, hədəf bölgəsinə raket vasitəsilə çatdırılan mina variantı da mövcuddur. Bu sistemdə “Fəcr-5” uzaqmənzilli yaylım atəşli reaktiv sisteminin 333 millimetrlik reaktiv mərmisindən istifadə edilərək dəniz minaları müəyyən ərazilərə göndərilə bilir.

Bu taktika 2025-ci ilin yanvarında İranın SEPAH qüvvələri tərəfindən keçirilən “Böyük Peyğəmbər-19” hərbi təlimləri zamanı nümayiş etdirilib. Təlim çərçivəsində minaların müxtəlif üsullarla yerləşdirilməsi və strateji su yollarının bloklanması ssenariləri sınaqdan keçirilib.

visiontv.az