Benyamin Netanyahu sadəcə təmsil etdiyi qrupun vitrindəki üzüdür
10.03.2026

İsrail hökümətində təmsil olunan ultrasağçı siyasətçilər və Ultra-ortodoks yəhudi qrupların ortaq fiquru olaraq BİBi.

Benyamin Netanyahu sadəcə təmsil etdiyi qrupun vitrindəki üzüdür. Neosionistlər üçün xaos və savaş bir növ resurs mənbəyidir. İsrail 40 ildən çoxdur ki, Hizbullahla döyüşür bu, yeni bir təhlükə deyil. İsrail kəşfiyyatı onların neçə döyüşçüsünün olduğunu, hansı silahlara sahib olduqlarını, harada saxlandıqlarını və hansı ərazidə fəaliyyət göstərdiklərini çox yaxşı bilir. İsrail Livan və orada yerləşən qruplar üzərində çox yaxşı nəzarətə malikdir və İsrail casusları bu ölkədə fəaliyyətini davam etdirir. İsrail iki cəbhədə döyüşməkdən çəkinmir və bu, nəzarətdən çıxa bilməz. İran rejimi devrilməsə, münaqişə alovlanacaq ki, bu da İsraildəki müəyyən dairələrin (Radikal ultrasağçılar və Sionistlər) maraqlarına uyğundur. Bu, yeni silah sifarişləri, investisiyalar və mənfəət deməkdir. Lakin rejim süqut edərsə, iki seçim mümkündür. Ya İran İraq, Liviya və Suriya səviyyəsinə enəcək və vətəndaş müharibəsinə səbəb olacaq, ya da Qərbin nəzarətində olan bir rejimlə bitəcək. İrana bir resurs kimi baxılmalıdır və ABŞ, Böyük Britaniya və İsrail bundan istifadə edəcək.

Bir bunu deyən yazı "THE NETANYAHU YEARS BEN CASPIT TRANSLATEDBY BY ORACUMMINGS ORA" şəkili ola bilər

Pərviz Əliyev

visiontv.az