İranın keçmiş ali liderinin ailəsinə məxsus olduğu bildirilən Londondakı dəbdəbəli mülkün İsrail diplomatlarını izləmək üçün istifadə oluna biləcəyi iddia edilir.
“Bloomberg” nəşri bildirir ki, mülk Müctəba Xameneiyə məxsusdur və İsrail səfirliyinə yaxın ərazidə yerləşir. Araşdırmaya görə, mənzilin yerləşdiyi mövqe səfirliyin bağçasında baş verən söhbətləri qeydə almağa imkan verə biləcək məsafədədir.
Bildirilib ki, belə müşahidə üçün pəncərələrin vibrasiyasını izləyən lazer texnologiyası kimi xüsusi avadanlıqlardan istifadə etmək mümkündür. Qeyd olunub ki, sözügedən mülkdən İsrail səfirliyinə 50 metrdən az məsafədə birbaşa baxış xətti mövcuddur.
Araşdırmada deyilir ki, 56 yaşlı Müctəba Xameneyi həmin mülkə 2014-cü ildən sahibdir, lakin mülkiyyət məlumatları yalnız bu yaxınlarda üzə çıxıb.
visiontv.az
“Müctəba Xameneyinin Londondakı mülkü İsrail diplomatlarını izləmək üçün istifadə olunur”