Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı çıxan bəzi üzdəniraq, sözdə təşkilatlar öz çirkin fəaliyyətlərini davam etdirmək üçün ilk növbədə milli hərəkatı ləkələməyə çalışırlar.
Onların əsas məqsədi farsçılığa xidmət etmək olduğundan, bu istiqamətdə atdıqları ilk addım hərəkatı zəif və nüfuzdan düşmüş kimi təqdim etməkdir.
Lakin bu cəhdlər heç bir konkret fakt və ya əsaslı arqumentə söykənmir. Əksinə, onlar daha çox uydurma ittihamlar və yanlış əsaslandırmalar üzərindən milli hərəkatı dəyərləndirirlər. Bu isə onların mövqeyinin nə qədər zəif və əsassız olduğunu açıq şəkildə ortaya qoyur.
Belə davranışlar, əslində, onların sonrakı addımlarına zəmin yaratmaq üçün edilir. Bu şəxslər və qurumlar öz xəyanətkar mövqelərini “əsaslandırmaq” məqsədilə farsçı dairələrin təşkil etdiyi, mahiyyətcə alçaldıcı xarakter daşıyan konqreslərdə iştirak edir, onun böyük bir fəaliyyətin tərkib hissəsi kimi göstərir və Güney Azərbaycan Milli Azadlıq Hərəkatının artan nüfuzunu, kütləvi dəstəyini və legitimliyini sarsıtmağa çalışırlar.
Çünki yalnız bu halda onların xəyanətə əsaslanan siyasətinin nəticə verəcəyini düşünürlər.
Bu səbəbdən bəzi media platformalarında davamlı şəkildə milli hərəkat əleyhinə çıxışlar edir, eyni zamanda farslarla bir araya gəlmələrini “böyük uğur” kimi təqdim etməyə çalışırlar.
Onlar bilməlidirlər ki, bu ikiüzlü yanaşma və siyasi əxlaqdan uzaq davranışlar Güney Azərbaycana qarşı onların düşmən mövqenin göstəricisi kimi qiymətləndirilir.
Belə şəxslər hər nə qədər etdiklərini gizlətməyə çalışsalar da, millətimizin diqqətindən yayına bilməyəcəklərindən əmin olmalıdırlar.
Sadiq İsabəyli
visiontv.az