Taliban Kabildə qadın gözəllik salonlarını bağlayır
12.08.2025

Taliban hakimiyyətinin son addımı nəticəsində Kabildə yüzlərlə qadın gözəllik salonu bağlanıb.

Məlumata görə, Taliban silahlıları evlərə basqın edərək gözəllik salonlarının yerini müəyyənləşdirib, avadanlıqları məhv edib və ya özləri ilə aparıblar.

Qadağa nəticəsində əvvəllər bu sahədə çalışan təxminən 60 min qadın işsiz və gəlirsiz qalıb. Onların çoxu ailələrinin əsas dolanışıq mənbəyi idi.

Ekspertlər bildirirlər ki, bu addım Talibanın qadınları sosial və iqtisadi həyatdan mərhələli şəkildə uzaqlaşdırmaq siyasətinin davamıdır.

visiontv.az