İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərinin Moləvi küçəsində naməlum silahlılarla polis qüvvələri arasında silahlı qarşıdurma olub.
Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.
Hadisə yerinə Kəşfiyyat Nazirliyinin yerli əməkdaşlarının da cəlb olunduğu bildirilib.
Qarşıdurma zamanı üç silahlı və bir polis əməkdaşı həlak olub, yaralanan iki silahlı şəxs isə saxlanılıb.
Hələlik silahlıların hansı qruplaşmaya mənsub olduqları barədə açıqlama verilməyib.
visiontv.az