Mövcud fikir ayrılıqlarına baxmayaraq, təhlükəsizlik təməlləri sarsılmazdır
21.10.2026

Azərbaycan və Türkiyə strateji müttəfiqliyinin açarı olan əsas təhlükəsizlik məsələlərinə xələl gəldiyini düşünmürəm. Azərbaycan və Türkiyə strateji müttəfiqliyi bununla belə, indi regionda baş verən bir neçə proses fonunda yenilənmə mərhələsindən keçir.

Əsas səbəblər:

- Amerika Birləşmiş Ştatları ilə İran arasında olan müharibənin yaratdığı regional təsirlər;

- Azərbaycan-İsrail münasibətlərinin Türkiyə ilə əlaqələrdə yaratdığı fikir ayrılıqları;

- Türkiyədə xarici siyasət prioritetlərinin forma baxımından dəyişilməsi. Məhz 2023-cü ildə Türkiyədə yeni prezident seçkisindən sonra formalaşan komanda xarici siyasət prioritetlərini bir qədər dəyişməli oldu və bu dəyişkənliklər regionda baş verən yeni münaqişələr və onların geosiyasi təsirləri fonunda özünü aşkar şəkildə göstərdi.

Mövcud fikir ayrılıqlarına baxmayaraq, təhlükəsizlik təməlləri sarsılmazdır, lakin ideoloji cəhətdən üst-üstə düşməyən məqamlar masada gələcək müzakirə mövzusudur.

Proqnoz

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qarşıdakı aylarda və yaxud da illərdə hərbi təhlükəsizlik baxımından daha da möhkəmlənə bilər.

Bununla belə, bu müttəfiqlikdə bir sıra çağırışlar da var və baş verən son proseslər onu göstərir ki, hər iki tərəfin ideoloji uyğunlaşması üçün artıq müzakirələr başlamaq ərəfəsindədir.

Yəqin ki, belə müzakirələr gələcəkdə baş tutacaq.

Siyasi analitik Aqşin Kərimov

visiontv.az