İranın qida yağı bazarında payının 50%-dən çox olduğu təxmin edilən Səudiyyə Ərəbistanının Safola Holdinq şirkəti qəflətən bütün kapitalını İrandan çıxarıb.
Bu barədə beynəlxalq media məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının İranda ən böyük sərmayəsi olan holdinq, İrandakı bütün aktivlərini 705 milyon Səudiyyə riyalı, 188 milyon dollar ekvivalentinə satıb.
Bu şirkət İranda yeyinti yağları, dəniz məhsulları, bişmiş məmulatlar və şirniyyatların istehsalı və paylanması sahəsində fəaliyyət göstərirdi və İranın bitki yağı bazarının mühüm hissəsinə sahib idi.
Qeyd edək ki, Safola bundan əvvəl 2015-ci ilin yanvar hadisələrindən və Səudiyyə Ərəbistanının Tehran və Məşhəddəki diplomatik obyektlərinə hücumdan sonra da İran bazarını tərk etməmişdi.
visiontv.az