Suriya İran təyyarələrinə ölkə səmasından keçməyə icazə vermir
07.01.2025

Suriya hökuməti İran təyyarələrinin bu ölkənin səmasından keçməsinə qoyduğu qadağanıın müddətini uzadıb.

Bu barədə ərəb dilli media məlumat yayıb.

"Bu səbəbdən Lübnana çatmaq istəyən İran təyyarələri Türkiyədən keçməli və uçuş yolunu xeyli artırmalı olublar",- məlumatda qeyd olunub.

Qeyd edək ki, Dəməşq 2024-cü il dekabrın 22-dən İran təyyarələrinin bu ölkəyə uçuşu və Suriya səmasından keçməsinə qadağa tətbiq edib.

visiontv.az