Kabus-Heykəl
07.01.2025

Bakının başı üzərindəki “Kabus-Heykəl” 5 yanvar 1991-ci ildə sökülüb, tarixin qaranlıq güşəsinə atıldı.

Məktəbli ikən Azneft meydanındakı Bəhram Gur heykəlinin önündə dayanıb sinif yoldaşlarıma sual etmişdim: “Bəhram Gur qılıncını əjdahanın başına nə zaman endirəcək?”. Suala cavabı da özüm vermişdim: “Kirov əlini aşağı salanda”.

O vaxtı Sasani hökmdarını da, Kirov da qəhrəman sayılırdılar. Yuxarı siniflərdə atam Kirov və digər Qırmızı Terrorçular (oxu: bolşeviklər) haqda danışmağa, yavaş-yavaş gözümü açmağa başladı. Əsil həqiqətlər ortaya çıxırdı. Sonrakı illərdə, xüsusilə də “perestroyka” dövründə əlimə keçən kitabları acgözlüklə oxumağa başladım…

Heykəlin endirilməsinin canlı şahidi olmuşam.

Böyük qızımın doğum günüdür 5 yanvar.

O gün bir neçə ailə dostumuz bizə qonaq gələcəkdi.

Evə bazarlıq da edə bilməmişdim düz-əməlli – ağzımı açıb Dağüstü parkda o “məl’un”un monumental heykəlinin endirilməsinə tamaşa etmişdim uzun-uzun. Sevincim sonsuz idi.

Evə qayıdanda dostlarımız artıq gəlmişdilər.

İbrahim Nəbioğlu

visiontv.az