SEPAH: Müharibə bölgədən kənara yayılacaq
22.05.2026

SEPAH müharibənin yenidən başlaması halında qarşıdurmanın bölgədən kənara yayıla biləcəyi barədə xəbərdarlıq edib.

“Əgər İrana həmlə təkrarlansa, vəd edilən regional müharibə bu dəfə regiondan kənara da yayılacaq”, — deyə SEPAH-ın bəyanatında bildirilir.

SEPAH ABŞ və İsrailə qarşı bütün imkanlardan istifadə edilmədiyini və gözlənilməz yerlərə “sarsıdıcı zərbələr” endiriləcəyini iddia edib.

visiontv.az