Rəqəmsal zorakılıq ən sürətlə artan istismar formalarından biridir və qadınları internetdən uzaqlaşdırır. Trollinq və "stalk" (israrlı təqib yolu ilə təcavüz), "deepfake" (süni intellektlə hazırlanmış saxta görüntü və videolar) və "doxing"ə (şəxsi məlumatların icazəsiz əldə edilib yayılması) qədər hər il milyonlarla qadın və qız uşağı onlayn təcavüzə məruz qalır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqına görə, dünya üzrə internet istifadə edən təxminən 6 milyard insan var və bu il internetə girən kişilərin sayı qadınlardan 280 milyon çoxdur. BMT bildirir ki, qadınlar, qız uşaqları və cəmiyyətin müəyyən etdiyi ənənəvi cinsiyyət rollarına uymayan şəxslər cinsiyyətlərinə görə daha çox hədəfə alınır və daha ağır, uzunmüddətli nəticələr yaşamaq riski ilə üzləşirlər.
BMT Qadın Bölməsinə görə, dünya üzrə aparılan araşdırmalar qadın və qızların 58%-nin internetdə zorakılığa məruz qaldığını göstərir.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Trollinq – kimisə incitmək, reaksiya verməyə məcbur etmək və ya problem yaratmaq məqsədilə qəsdən təxribat xarakterli və təhqiredici mesajlar göndərməkdir.
Onlayn nifrət nitqi və dezinformasiyanın yayılmasını dayandırmağı hədəfləyən Britaniya-Amerika QHT-si olan Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzi (CCDH)-yə görə iki əsas trol növü var:
İnsanların trollinq etməsinin bir çox səbəbi var və bu, şəxsdən şəxsə dəyişir.
Troller, adətən, hədəfə aldıqları insanları incitməkdən zövq aldıqları üçün qurbanın reaksiyası onları davam etməyə daha da təşviq edir.
Trollinqə məruz qalan şəxslərdə yüksək səviyyədə narahatlıq və özünə hörmətin azalması müşahidə olunur.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Doxing, adətən pis niyyətlə, şəxslərə aid xüsusi məlumatların internetdə yayılması deməkdir.
Bu, real həyatda izlənmə, təhdid və hətta fiziki zorakılıq kimi nəticələrə gətirib çıxara bilər.
"Harry Potter" müəllifi C.K. Roulinq 2021-ci ildə evinin qarşısında çəkilmiş və ünvanını ortaya qoyan bir fotoşəklin internetdə yayılması səbəbilə zərər gördüyünü bildirmişdi.
Lakin polis sonradan onu hədəf alan aktivistlərlə bağlı heç bir tədbir görülməyəcəyini açıqladı.
Meta-ya məxsus Facebook və Instagram 2022-ci ilin aprelindən bəri, rəsmi sənədlərdə və ya xəbərlərdə yer alsa belə, bir şəxsin ev ünvanının paylaşılmasını qadağan edib.
İstifadəçilər öz ünvanlarını paylaşmağa davam edə bilərlər, lakin başqalarının ünvanını yenidən paylaşa bilməzlər.
Bu dəyişiklik Meta Nəzarət Şurasının məxfilik qorumasını gücləndirmək və doxing risklərini azaltmaqla bağlı tövsiyələrindən sonra edilmişdi.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Bunlar əyləncə məqsədilə və ya elmi tədqiqatlar üçün istifadə oluna bildiyi kimi, bəzən ictimaiyyəti qəsdən aldatmaq üçün siyasətçiləri və ya dünya liderlərini təqlid etmək məqsədilə də yaradılır.
Həmçinin, məşhurların və ya adi insanların pornoqrafik görüntülərini hazırlamaq üçün getdikcə daha çox istifadə olunur.
Böyük Britaniyada polis tərəfindən sifariş verilmiş yeni bir sorğu göstərib ki, "hər dörd nəfərdən biri bir şəxsin razılığı olmasa belə cinsi xarakterli deepfake məzmun yaratmağın və yaymağın yanlış olmadığını düşünür və ya bu barədə neytral mövqedədir".
Böyük Britaniyada razılıq olmadan intim fotoların paylaşılması və ya paylaşılacağı ilə hədələnməsi cinayətdir və bu məsələ artıq 2023-cü il Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində prioritet kimi qiymətləndirilir.
Bu qanun deepfake-lər də daxil olmaqla yaradılmış və ya manipulyasiya edilmiş görüntüləri əhatə edir.
Avstraliya və İrlandiya kimi bir çox ölkədə də şəxsləri xüsusi görüntü istismarından qorumaq üçün oxşar qanunlar mövcuddur.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Uşaqlar və yeniyetmələr internetdə hədəf alınıb yönləndirilə bilirlər.
Cinayətkarlar uşağı istismar etmək məqsədilə onunla güvən münasibəti qurmaq üçün onlayn platformalardan istifadə edə bilirlər.
Bu istismar onlayn şəkildə baş verə bilər və ya cinayətkar uşağı şəxsi olaraq görüşməyə cəlb etməyə çalışa bilər.
Zərərli məzmunun başqaları tərəfindən onlayn qaydada qeyd edilməsi, yüklənməsi və ya paylaşılması əlavə sui-istismara yol aça bilər.
İstismar istər onlayn, istərsə də oflayn baş versin, uşağın ümumi rifahına uzunmüddətli təsir göstərə bilər; narahatlıq, özünə zərər vermə davranışı, qida pozuntuları, intihar düşüncələri və hətta intihara səbəb ola bilər.
Kibertəqib, digər adı ilə onlayn zorbalıq, bir şəxsin sosial mediada, mesajlaşma tətbiqlərində, onlayn oyunlarda və internetin digər platformalarında zorbalığa məruz qalmasıdır.
Zorbalıq həm onlayn, həm də real həyatda eyni vaxtda baş verə bilər və bəzən onlayn zorbalıq edən şəxs qurbanın tanıdığı biri də ola bilər.
Həyatda heç tanımadığınız, lakin onlayn icmalardan, oyunlardan və ya sosial mediadan tanıdığınız şəxslər də sizə təcavüzkar davranış göstərə bilər.
Təcavüzkar anonim də ola bilər.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
BMT-yə görə, onlayn təcavüz qurbanı olma riskini azaltmaq üçün tədbirlər bunlardır:
BMT bildirir ki, onlayn və texnologiya dəstəklı zorakılığın qarşısını effektiv almaq üçün onun spesifikliyini və bunun qadınlar və qız uşaqları üzərində təsirini anlamaq son dərəcə vacibdir.
BMT Qadınlar Təşkilatının 2021-ci ildə Ərəb Ölkələri regionunda apardığı araşdırmaya görə, internet istifadə edən qadınların 60%-i həmin il onlayn zorakılığa məruz qalıb.
Avropada aparılan bir araşdırmada qadınların onlayn mühitdə təcavüzə məruz qalma ehtimalının kişilərlə müqayisədə 27 dəfə daha çox olduğu məlum olub. Başqa bir analizdə isə qadınların 92%-i onlayn zorakılığın onların rifahını mənfi təsirlədiyini bildirib.
BMT-yə görə, siyasətçilər, jurnalistlər və insan haqları müdafiəçiləri kimi ictimai həyatda görünən qadınlar daha çox hədəfə çevrilir və risklər qaradərili qadınlar və əlilliyi olan qadınlar üçün daha da yüksəkdir.
BMT apardığı bir kampaniya çərçivəsibdə hökumətləri şəxsi məlumatların qorunmasına və rəqəmsal zorakılığın cinayət sayılmasına, böyük texnologiya şirkətlərini isə zərərli məzmunu platformalardan silməyə çağırıb.
visiontv.az