SEPAH “Bombaların Atası” adlandırılan yeni silahı təqdim etməyə hazırlaşır
23.10.2026

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi İranın “Bombaların Atası” adlandırılan yeni silahı təqdim etməyə çalışdığını bildirib.

O, habelə, gəmi hərəkəti müharibədən əvvəlki səviyyəyə qayıtsa belə, Hörmüz boğazının əvvəlki kimi sərbəst gəmiçilik üçün açıq olmayacağını iddia edib.

General hazırda Hörmüz boğazının “100 faiz bağlı” olduğunu iddia edib. Onun sözlərinə görə, İranın icazəsi olmadan boğazdan keçən bəzi gəmilər izləmə sistemlərini söndürərək və rüşvət verməklə hərəkətlərini gizlətməyə çalışırlar.

SEPAH sözçüsü bölgədəki bir sıra ABŞ hərbi bazalarının məhv edildiyini və istifadəyə yararsız hala düşdüyünü də vurğulayıb.

visiontv.az