Nə Səlcuqlar, nə də Osmanlılar Türk kimliyini layiqincə daşıya bilmədilər
23.10.2026

Səlcuqlar Türk dastanlarını Firdovsinin Pers qəhrəmanlarına dəyişdilər, Osmanlı isə Ərəb nağıllarına…

Səlcuqlu İmperatorluğunu quranlar:

Selçuk, Tuğrul, Alpaslan (Türk adları);

İmperiyanın süqutunda:

Keyhosrov, Keyqubad, Keykavus (Fars adları).

Osmanlı İmperatorluğunu quranlar:

Ertuğrul, Ataman, Orhan (Türk adları);

Osmanlının süqutunda:

Abdulazız, Abdulmecit, Vahdeddın (Ərəb adları).

Eyni səhvlərə öz dövrlərində Göktürklər və Uyğurlar da yol veriblər.

Biz Türklərin ən zəif tərəfidir bu.

Su kimiyik biz, istənilən qabın şəklini ala bilirik.

Orxon-Yenisey abidələrində dövlətin dağılma səbəblərindən birinin çinliləri təqlid etmək, onlara bənzəmək istəyi göstərilir.

Osmanlının Tənzimat dövründə fransızca heyranlığı;

Türkiyə Cumhuriyyətinin qurulduğu dövrdə ingilis dilinin istilası;

Azərbaycanın rus dili heyranlığı…

Milli kimliyini itirsən hər şeyini batırırsan…

Hakimiyyətin sona çatır, itib keçmiş olursan...

Ey Türk, Titrə və Özünə Dön.

***

Bilelim ki milli benliğini bilmeyen milletler başka milletlere yem olurlar – Atatürk.

İbrahim Nəbioğlu

visiontv.az