İslam Respublikası danışmazdan əvvəl yalan deməyi öyrənib.
ABŞ-nin Luiziana ştatından seçilmiş respublikaçı senator Con Kennedi NBC telekanalına müsahibəsində bildirib ki, sülh razılaşmasının əldə olunmasına ümid etsə də, "pis bir razılaşma" imzalamaqdansa, heç bir razılaşmanın olmamasını üstün tutur.
O, ABŞ prezidenti Donald Trampı İran rejiminin verə biləcəyi hər hansı vədə qarşı ehtiyatlı olmağa çağırıb.
Kennedi qeyd edib ki, rejim "danışıqlar aparmazdan öncə yalanı öyrənib".
Senator iranlılarla danışıqlar aparmağı "Son of Sam" və ya "Charles Manson" kimi məşhur qatillərlə danışıqlar aparmağa bənzədib.
O, sülh danışıqları davam etsə də, İrana qarşı tətbiq edilən dəniz blokadasının və sanksiyaların olduğu kimi qorunub saxlanılmasının tərəfdarı olduğunu vurğulayıb.
visiontv.az