Səhiyyə Nazirliyi-TƏBIB döyüşündə - ADAMLAR ÖLÜR!
Səhiyyə Nazirliyi-TƏBIB döyüşündə - ADAMLAR ÖLÜR!
07.09.2021 Jalə Mütəllimova Tərəfindən

Bir zamanlar icra orqanları ilə Təhsil Nazirliyi "döyüşürdü". Bu "döyüşdə" TN haqlı idi. Çünki...

...Rayon təhsil  idarələri nazirliyə aid olmalı idi, icraya yox!

...Müəllimlərin işə qəbuluna nazirlik nəzarət eləməli idi, icra yox!

... Təshil şöbəsinə nəzarət edən, TN nümayəndəsi olmalı idi, icra başçısının müavini yox

......Məktəb direktoru təyinatına, TN nəzarət etməli idi, icra yox!

...Dərslik nəşri və dərslik müəllifi işinə, TN nəzarət eləməli idi,  R.Mehtiyevin nəşriyyatı yox!

Bu çəkişmənin nəticəsində nazirlik prosesi qazandı. Rüşvət, korrupsiya azaldı, amma açığı, ölkədə MÜƏLLIM adı zədələndi.Xatırlayırsınızsa bir dönəm son dərəcə eybəcər hadisələrin müəllimlər tərəfindən törədilməsi kimi qara piar başladılmışdı ölkədə. Indi proses tamamən dayanıb. Səbəb işlər nisbətən yoluna düşüb. Ancaq hələ də qənaətbəxş sayıla bilməz. Icra orqanlarının təhsilə vurduğu zədələri hələ də tamamən aradan qaldırmaq olmur çünki. 

Dəhşətli labirintdir. Amma əsas baş bəlasına qalib gəlinib. Ölkədə, Prezidentin Icra Aparatı tamamən yenilənib.Bunu niyə xatırlatdım? Səhiyyə mafiyasına ölkədə qalib gəlmək mümkünsüz həddədir.

O üzdən TƏBIB Səhiyyə Nazirliyinə alternativ kimi yaradıldı.  Daha yaxşı iş görüb, daha yaxşıları çevrəsinə yığacaq və Səhiyyə Nazirliyi qurum olaraq zəifləyəcək, sonra  bir sərəncamla ləğv ediləcək. Bircə məqam nəzərə alınmadı. Məmləkətdə bütün sektorlarda, ən ideal hazırlanmış layihələr belə əsasən fiaskoya uğrayır. Niyə? Ölkədə məmur, kadr, insan problemi var. Yəni TƏBIB-in də iflası labüd idi o üzdən. Hələki TƏBIB dövlətin gözləntilərin qarşılamır.

Bir neçə gün öncə Bakı və Abşeron TƏBIB-dən alındı, nəzarət Səhiyyə Nazirliyinə keçdi. Təhsillə icra orqanları kimi, TƏBIB-lə Səhiyyə Nazirliyi də döyüşür. Əziyyəti dövlət və vətəndaş çəkir. Daha dəqiqi dövlət baxır, vətəndaş bu qovğada xəstələnir və ölür.

tündləşdirib, bir-birinin gəlir yerini "vurur", faş edir, yoxlatdırır, tutdururlar. Bir-birini aidiyyatı orqanlara satır, reydlər təşkil etdirirlər.  Hamısı paranın, mövqeyin, dəstələşmənin başındadır. Və kimsənin vecinə deyil ki, nəticədə adamlar ölür. Ailələr dağılır, faciələr baş verir. Sabir yəqin o üzdən azərbaycanlı  məmur dilindən, ötən əsirdə yazıbmış ki, millət necə tarac olur, olsun...
Nə deyəsən, biz bir əsirdən artıq zamandır ki, dəyişə bilmirik. Ancaq libasımız dəyişib, ədiblərimiz demiş...

Jalə Mütəllimova

Visiontv.az