Saxta feminizm və Azərbaycan dövlətinin əlinə aldığı qadın siyasəti...
Saxta feminizm və Azərbaycan dövlətinin əlinə aldığı qadın siyasəti...
29.11.2021 Jalə Mütəllimova Tərəfindən

İki ilə yaxındır Azərbaycana siyasi hücumların, daha dəqiqi sosiala bağlı, həssas yerlərdən “vurulmaların” ciddiyyətindən yazıram. Buraya sosial problemlərə yönəlik vətəndaş problemləri, bir tərəfi mütləq sosial problemlərə bağlı, qadin hüquqlarına, qatillərinə, zorakılığına dair məsələnin siyasiləşdirilməsi də aiddir.

Azərbaycan müsəlman, türk dövlətidir.

Azərbaycan həm də çoxmillətli və heç bir millətdən olan vətəndaşının hüququnu pozmayan dövlətdir.

Azərnaycanda sineqoq da, kilsə də, məscid də mövcuddur, onlara iman gətirənlər, ibadət edənlər də.

Yəni Azərbaycan tolerant dövlətdir. Tolerant dövlətdə, öz qadınına münasibət qatı, qəddar və siyasi ola bilməz. Özü də o dövlətdə və millətdə ki, qadın milli simvoldur, ailənin sütunudur hətta gizli lideridir. Yəni əslində qadın məsələsi iş siyasətdir. Humanizm və sevgi istiqamətindən baxanda. Qətillər və cinayətlər istiqamətində isə məsələ əsla belə deyildir. Odur ki, əsla və əlsa onun xarici təsir vasitəsi və ya qrand əldə eləmək üçün alətə çevirmək olmaz.

Amma və lakin, ölkədə müxtəlif presinqlər üçün saxlanılan, maliyələşdirilən qadın dəstəsi, bu məsələni müxtəlif güc orqanları qarşısında aksiyalar keçirmək, paytaxt küçələrinə çıxmaqla gündəm etməyi hədəfləmişdi. Əslində bu bir dönəm üçün alınmışdı da. Hətta o mərhələyə qədər gətirilmişdi ki, mühim dövlət qurumları və beynəlxalq təşkilatların Azərbaycan ofislərinin qarşısında aksiyalar keçirilirdi. Azərbaycanda qadınlara işğəngə faktlarının son dərəcə artdığına diqqət çəkə bilmişdilər. Qadın problemi siyasidir mərhələsinəcən daşınmışdı məsələ. Əslində qadınlara qarşı cinayətlərin olması faktları da mövcuddur. Ancaq bu, böyüdüldüyü və deyildiyi qədər hədsiz deyil. Bu ağır və faciəli cinayət sərhəddini heç zaman keçməyib. Yəni qadın məsələsi, qadına təqyiz, dövlət nəzarəti altında həyata keçirilmirdi ki, deyilə qadın məsələsi siyasidir. Məqsəd ailə və milli dəyərləri sarsıtmaq idi.
Qarşısını almaq üçün, bircə şey lazım idi, müvafiq dövlət qurumları bu işi öz nəzarətlərinə götürsünlər. Və sosial layihəyə çevirsinlər.

Qadına şiddətə son desinlər.

Azərbaycanda böyük bir marafon başladıldı.

25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, münasibəti ilə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfdaşları ilə birlikdə gender əsaslı zorakılığa qarşı on altı günlük fəallıq kampaniyasına start verdi.
Azərbaycanın sevilib-seçilən futbolçuları, simaları, siyasət adamları narıncı köynəklərdə, qadına şiddətə son aksiyasına start verdilər. Bu mükəmməl layihənin təşəbbüsçüsü Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi oldu. Tərəfdaş təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Oyun müddətində, gündəlik reklam, piar işlərində də mükəmməllik var idi. Düzü sevindiricidir, daha bir iş görüldü və milli dəyərlər sisteminin önündə, başında duram Azərbaycan qadını ilə bağlı siyasi oyuna son verildi. Yəni qadın məsələsi siyasi deyil, biz öz qadınımızın məsələsini özümüz qoyarıq, hüququnu öümüz müdafiə edərik deyildi. Üstəlik o da deyildi ki, biz sizin gördüyünüz işlərin mahiyyətini və istiqamətini yaxşı bilirik cənab Soros, “möhrətəm” və “möhtəşəm” Qərb, Avropa...

Bir sözlə, saxta feminizm hərəkatına vurduğun zərbəyə görə, səni təbrik edirəm DÖVLƏT BABAM!

Jalə Mütəllimova

Visiontv.az