Rusiyada son sutkada 6 065 nəfər COVID-19-a yoluxub
19.09.2020

Rusiyada son sutka ərzində daha 6 065 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Visiontv.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 097 251 nəfərə çatıb.

Son sutka ərzində 144 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 339 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

APA