Şoyqu: Rusiya heç vaxt NATO-nu təhdid etməyib
26.04.2024

Rusiya heç vaxt NATO-nu təhdid etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O, Rusiyanın  NATO ölkələrinə hücum etməkdə maraqlı olmadığını söyləyib: "Bizim blok dövlətlərinə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var" - deyə Şoyqu Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirləri Şurasının iclasında çıxışında bildirib.

visiontv.az