Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır
26.04.2024

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.

 Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında səsləndirib. “Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu məsələni müdafiə edəcəyik”, - deyən dövlət başçısı vurğulayıb ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.

visiontv.az