XVII əsr Yaroslavl ikona məktəbinə aid olan və "Musa peyğəmbərin kafirləri cəhənnəmə göndərməsi" mövzusunu işləyən təsvirlər bu gün üçün də Rusiyanın imperiya maraqları ilə yanaşı, rusların ümumu düşmənlərinin kimlər olmasını göstərir. Fotoya fikir verin. İkonadakı "Musa peyğəmbərin kafirləri cəhənnəmə tökməsi" süjetində “Qızılbaşlar” xüsusi ilə seçilir.
İkonanın həmin hissəsində qızılbaşlar, adətən, özlərinə məxsus əmmalələr, xarakterik papaqlar və şərq geyimlərində çəkilib. 
Pravoslav kilsəsi üçün "qızılbaş" ifadəsi ilk növbədə Səfəvi imperiyasında yaşayan müsəlmanlar nəzərdə tutulurdu, Moskva dövlətinin diplomatik və ticari sənədlərində "qızılbaş" termini Səfəvi dövlətinin bütün sakinləri kimi işlədilirdi.
XVII əsrdə Rusiyaya gələn və mənbələrdə "qızılbaş" adlandırılan şəxslərin etnik tərkibi Azərbaycan türkləri kimi olaraq qeyd edilirdi ki, bu şəxslər Volqa yolu ilə Yaroslavla, Moskvaya gedən tacirlərin mühüm bir hissəsini təşkil edirdilər.(Bax: https://journals.eco-vector.com/.../art.../view/624251/ru_RU)
XVII əsrdə Moskva çarları ilə Səfəvi şahları arasındakı diplomatik məktublaşmaların və rəsmi elçilik sənədlərinin mühüm bir qismi türk dilində aparılırdı. Rusiyanın diplomatik korpusunda çalışan tərcüməçilər bu dili "qızılbaş dili" adlandırırdılar. Yəni rusların gündəlik və rəsmi olaraq təmasda olduğu, "qızılbaş" dediyi fərdlərin danışdığı ana dili məhz Azərbaycan türkcəsi idi. (Bax: https://www.prlib.ru/item/436342)
O dövrün rus dilində Volqaboyu, Krım və Sibir türklərinə ümumi olaraq "tatar" deyilirdi. Səfəvi coğrafiyasındakı türkləri isə onlardan fərqləndirmək və dövlət mənsubiyyətini vurğulamaq üçün məhz "qızılbaş" adlandırırdılar. (Bax: Н. И. Веселовский – “Памятники дипломатических и торговых сношений Московской Руси с Персией” (Sankt-Peterburq, 1890–1898))
Niyə Qızılbaşları Rusiya kilsəsi cəhənnəmə göndərirdi? Dini əsasa görə. Xeyir, çünki o zaman artıq Rusiyanın islam dövlətləri ilə əlaqələri güclənirdi. Kilsə üçün Qızılbaşlar Rusiyanın geosiyasi maraqlarına zərbə vuran, imperiya ambisiyalarının qarşısını alan real hərbi güc idi ki, onlarda Azərbaycan coğrafiyasında yaşayan xalqlar idilər.
Rusiya kilsəsi, Qafqaz xristianlarını (erməni və gürcülər ) Səfəvi asılılığından qoparmaq və onları Moskvaya bağlamaq üçün daxili dindarlarda qızılbaşlara qarşı dərin bir nifrət formalaşdırmalı idi. İkonada qızılbaşların lənətlənməsi, Rusiyanın Qafqaza gələcək hərbi yürüşlərinə bir növ kilsənin “halalıq” verməsi idi. Bir sözlə İkonada Rusiya həm də öz qorxusuna qalib gəlmək mesajı da verir:
"Bəli, qızılbaşlar yer üzündə hərbi cəhətdən güclü ola bilərlər, bizə qalib gələ bilərlər, amma axirətdə onlar Tanrının qəzəbinə tuş gələcək və cəhənnəmdə yanacaqlar."
Prof.Dr. Zaur Əliyev
visiontv.az