Hazırda Ərdəbil şəhərinin Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan milli fəal Əsgər Əkbərzadənin ailəsinə də təzyiq göstərilir.
Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb.
Bildirilib ki, iyulun 12-də Əkbərzadənin qaynatası onun vəziyyətidən xəbər tutmaq və təkadamlıq kameraya salınmasının səbəblərini öyrənmək üçün Ərdəbil İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsinə gedib.
İstintaq şöbəsində Əsgər Əkbərzadənin dindirmələrdə istintaq orqanı ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə təkadamlıq kameraya salındığı bildirilib. Fəalın qaynatısının buna etiraz etməsindən sonra, orada saxlanılıb və 3 saat müddətinə sorğu-sual və təhdid edilib.
İyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.
Siyamək Mirzayi və Əli Vasiqi Ərdəbil həbsxanasının 9-cu bölməsinə köçürülsələr də, qaraciyər xəstəliyindən əziyyət çəkən Əsgər Əkbərzadə Kəşfiyyat İdarəsinin istintaq təcridxanasında saxlanılır.
Hər üç fəal bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs ediliblər.
visiontv.az