Elvira Nabiullina rusların əmanətlərini iqtisadiyyatın maliyyələşdirilməsinin yeganə mənbəyi adlandırdı. Rusiya Mərkəzi Bankının sədri faktiki olaraq dövlətin rus xalqının cibinə girəcəyini anons etdi.
Bu da indiki iqtisadi modelin ən ağrılı tərəfini etiraf etmək deməkdir. Yəni ölkə artıq normal xarici kapital axınından, genişmiqyaslı investisiyalardan və ucuz beynəlxalq maliyyə bazarlarından böyük ölçüdə təcrid olunub. Belə şəraitdə iqtisadiyyatın əsas “yanacağı” adi vətəndaşların banklardakı əmanətləridir.
Qərb kapitalı yoxdur, xarici investorlar qaçıb, sanksiyalar üzündən kredit tapmaq olmur, dövlətin hərbi xərcləri isə sürətlə artır. Belə vəziyyətdə bankdakı əmanətlər iqtisadiyyatın və xüsusilə hərbi-sənaye sektorunun maliyyələşdirilməsinə yönəlir.
Əslində Nabiullinanın bu fikri bir cümlə ilə belə tərcümə oluna bilər: “Rusiya iqtisadiyyatı hazırda rusların yastıq altından çıxarıb banka qoyduğu pulların üzərində dayanır”.
visiontv.az