Fransa prezidenti Emmanuel Makron və iranlı aktrisa Qolşifte Fərahani ilə bağlı yayılan iddialar fonunda qalmaqal daha da böyüyür.
Bu dəfə diqqət mərkəzinə düşən məsələ 2024-cü ildə yayılan bir müsahibə ilə bağlıdır. Belə ki, illər öncə Fərahani britaniyalı rejissorun filmində oynadığı rola görə İslam Respublikasının basqılarına məruz qalıb və Fransaya sığınıb.
İran mediasında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bundan sonra SEPAH-ın “Qüds” qanadının keçmiş komandanı general Qasım Süleymaninin qızı Nərcis Süleymani verdiyi müsahibədə atasının Qolşifte Fərahani ilə telefon danışığı apardığını açıqlayıb.
Məlumata görə, Qasım Süleymani aktrisaya belə deyib: “Sən bizim qızımızsan, bu torpağın övladısan. Harada olsan da, bu ölkənin maraqlarını və İranın adını uca tutmağa çalış”.
visiontv.az