Rusiya Gümrüdəki hərbi gücünü artırır
Rusiya Gümrüdəki hərbi gücünü artırır
04.08.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya Gümrüdəki "102-ci" hərbi bazasını yeni silah sursat və canlı qüvvə ilə komplektləşdirir. Ukrayna cəbhəsində müəyyən nisbi üstünlüklər əldə etməklə, regionda da öz hərbi gücünü artırır. Gümrüdəki hərbi bazasını gücləndirməkdə məqsədi Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirmək və region ölkələrini təzyiq altında saxlamaqdır.

Rusiya Gümrüdəki hərbi gücünü artırmaqla aşağıdakı strateji məqsədlər güdür.

Birinci, Azərbaycan və Ermənistana təzyiqlər etməklə, Qərbin regionda strateji addımının qarşısını almaq.

İkinci, Ermənistanda siyasi hakimiyyəti dəyişmək. Əgər, mümkün olmasa, N. Paşinyana təzyiqlər etməklə sülh prosesini pozmaq.

Üçüncü, Zəngəzura ordu yeridib, Azərbaycanla Ermənistan arasında növbəti dəfə hərbi təxribatlara rəvac vermək. Bununla da vasitəçi kimi araya girib, öz dominantlığını təmin etməkdir.

Rusiya Belarus hərbiçilərini Gümrüyə gətirir.

Qeyd edim ki, Rusiya Gümrüdəki bazasına Abxaziya, Cənubi Osetiyadan pullu xidmətə gənclər cəlb edib. Həmçinin Belarusdan Gümrükdəki bazaya hərbiçilər gətirməsi istisna deyil. Çünki, Rusiya əsas əsgəri qüvvəsini Ukraynada cəbhəyə cəlb edib. Ona görə də Ermənistandakı hərbi bazasında canlı qüvvə çatışmazlığı var.

Rusiya, Ukrayna-Şərqi Avropa və Cənubi Qafqaz regionunda Qərbə qarşı vahid cəbhəni formalaşdırır. Cənubi Qafqaz siyasətində Fransa və Rusiyanın geosiyasi mövqeləri üst-üstə düşür. Hər iki ölkə Cənubi Qafqazla bağlı konfedensial əməkdaşlıq edir. Artıq N.Paşinyan Fransanın Ermənistanda strateji gözləntilərinə cavab vermir.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az