Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”
20.06.2026

Reuters agentliyi İraqdakı mənbələrə istinadən xəbər verir ki, SEPAH Körfəz ölkələrində ABŞ qüvvələrinin yerləşdiyi obyektlərə potensial hücumlar üçün İraqda yeni gizli qruplar yaradıb.

Məlumata görə, bu qruplar əsasən hər biri təxminən 10 nəfərdən ibarət kiçik hüceyrələr şəklində təşkil olunub və Bəsrə və Səmava ətrafında fəaliyyət göstərir.

Həmin qruplar aprelin sonundan mayın ortalarınadək Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri istiqamətində ən azı yeddi pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

Bildirilir ki, bu qrupların bir hissəsi İraqda fəaliyyət göstərən şiə silahlı fraksiyalarının çətir təşkilatı olan “İraqda İslam Müqaviməti”ndən seçilib.

visiontv.az