Müctəba Xamenei ABŞ-İran anlaşma memorandumuna münasibət bildirib
20.06.2026

Bağışlayan və mehriban Allahın adı ilə İranın coşqun və vəfalı xalqı:

Xəbərdar olduğunuz kimi, İran və Amerika prezidentləri arasında bir anlaşma memorandumu imzalandı. Bu mərhələyə çatmaq yolunda müvafiq məsul şəxslər, səmimi niyyətlə və xoşməramlılıqla çox böyük səylər göstərdilər. Əlbəttə ki, bunu etmək üçün çarəsizlikdən müxtəlif vasitələrə əl atan məhz Amerika prezidenti idi.

Mən əsaslar etibarilə fərqli bir mövqeyə malik idim, lakin möhtərəm prezidentin (Pezeşkianın) Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, İran xalqının və müq@vimət cəbhəsinin hüquqlarını qorumaq üçün özü və digər üzvlər adından mənə verdiyi öhdəliklərə və bu məsuliyyəti qəbul etdiyini açıq şəkildə bildirməsinə əsaslanaraq, buna icazə verdim. O, həmçinin vurğulayıb ki, əgər Amerika tərəfi artıq tələblər irəli sürərsə, buna razı olmayacaqlar. Bu andan etibarən biz, yəni siz şərəfli xalq və bu kiçik xidmətçiniz, qeyd olunan şərtlərin yerinə yetirilməsini gözləyəcəyik. Lakin aydındır ki, gələcəkdə baş tutacaq üzbəüz danışıqlar düşmənin fikrini qəbul etmək demək deyildir. Ümid edirik ki, İmam Zaman ağamızın (əc) xeyir-duası, şərəfli İran xalqı üçün müxtəlif qələbələr və zəfərlər gətirəcəkdir.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Seyid Müctəba Hüseyni Xamenei

visiontv.az