Qərbin şara çevirdiyi Qreta: Erməni lobbisi də öz məqsədinə çatmaq üçün bu şarla oynayır
Qərbin şara çevirdiyi Qreta: Erməni lobbisi də öz məqsədinə çatmaq üçün bu şarla oynayır
14.11.2024 Elbəyi Həsənli Tərəfindən

Tanınmış isveçli ekoloq Qreta Tunberq cümə axşamı Ermənistanın paytaxtı İrəvanda “Azərbaycanın insan hüquqlarına və ətraf mühitin mühafizəsinə qarşı təcavüzü” mövzusunda konfransda iştirak edib. Daha öncə o, Tiflisdə COP29-un Bakıda keçirilməsinə qarşı təşkil etmişdi...

“The Guardian” Qreta Tunberqi göylərə qaldırıb. Onun haqqında "Qreta effekti" kimi ifadə uydurub. 2019-cu ildə “Time” jurnalı onu "ilin adamı" elan edib. “Forbes” jurnalına görə o, dünyanın ən güclü 100 qadını siyahısındadır. Qreta Tunberq iki dəfə-2019 və 2020-ci illərdə Nobel Sülh Mükafatına namizəd olub. Düşünün ki, Asperger sindromundan (psixi pozğunluq) əziyyət çəkən bu xanımı Qərb süni şəkildə şar kimi şişirdib. Erməni lobbisi də öz məqsədinə çatmaq üçün bu şarla oynayır.

Bu məsələdə ən maraqlısı odur ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa can atdığını hər fürsətdə ən yüksək kürsülərdən bəyan edən Ermənistan öz paytaxtında anti-Azərbaycan tədbiri keçirir. Bu, nə deməkdir? Bu, o anlama gəlir ki, Ermənistan sülh danışıqları müstəvisindən köhnə düşmənçilik müstəvisinə qayıdış edib.

Bu məsələdə başqa bir maraqlı məqam da var. COP29-un Bakıda keçirilməsinə Ermənistan rəsmən razılıq verib. Bu razılığı almaq üçün Azərbaycan 32 erməni hərbçisin 2 azərbaycanlı hərbçi ilə dəyişdirib. İndi nədən Ermənistan COP29-a qarşı belə bir tədbir keçirir?..

Qərbin siyasi təzyiq üçün istifadəsində olan Amnesty International, Human Rights Watch, Global Witness,elə yuxarıda adını çəkdiyimiz Qreta Tunberq COP29-un Bakıda keçirilməsinə etiraz etmişdi. 

Onu da yada salım ki, Maykl Rubin ziddiyyətli yazardı. Öncə o, öz məqalələrində anti-erməni xətti yeridirdi, müvafiq olaraq Türkiyə və Azərbaycana dəstək verirdi. Sonra erməni lobbisi onu satın aldı. Artıq o, neçə illərdir ki, erməniləri vəsf edir, Türkiyə və Azərbaycanı isə yıxıb sürüyür...

Xatırladım ki, 2022-ci ildə eyni tədbir Misirdə, 2023-cü ildə isə BƏƏ-də keçirilib. Aydındır ki, bu ölkələrdə də demokratiya ilə bağlı problemlər Azərbaycandan çoxdur ki, az deyil. Məsələn, 2012-ci ildə Məhəmməd Mürsi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi. Misirdə inqilab etmiş xalq onu prezident seçdi. Ancaq o, Müsəlman Qardaşlarına bağlı olduğuna görə ABŞ Misirdə hərbi çevriliş etdi və general Əbdül Fəttah əs-Sisi taxta çıxartdı. Təbii ki, o, diktatordur. Ancaq Amerikanın sevdiyi diktatordur...

Yəni Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı mütləq demokratik ölkədə keçirilməlidirsə və bu, bir şərtdirsə, bu barədə birmənalı mövqe ortaya qoyulmalıdır. Ancaq belə bir şey olan deyil. Çünki Qərbin qafası belə çalışır. Onların sözünün müstafası budur ki, eybi yoxdur, sən diktator ol, biz səni tənqid edək, ancaq qətiyyən narahat olma, biz səninləyik...

Bir daha Ermənistanda keçirilən anti-Azərbaycan konfransına qayıdıram. Aydındır ki, bu konfrans COP29-un Bakıda keçirilməsinin qarşısını ala bilməz. Zatən təşkilatçıların da məqsədi o deyil. Elə isə nədən bu konfrans keçirilir?

Məncə, Ermənistan COP29-a qədər Azərbaycanla ala-yarımçıq da olsa müqavilə imzalamaq istəyirdi. Rəsmi Bakı buna getmədi. Aydındır ki, İlham Əliyev Donald Trampı gözləməyə üstünlük verdi. Bundan narazı qalan Ermənistan, konkret olaraq Nikol Paşinyan belə bir yaramazlığa əl atdı. Aydındır ki, Ermənistanı buna təhrik edənlər var: Co Bayden administrasiyası və Makron...

Mən hesab edirəm ki, Co Bayden administrasiyasından və Makrondan Azərbaycana xeyir gəlməz. Ən yaxşısı yeni administrasiya ilə-Donald Trampla razılaşmaqdır. Yəni bu variant Azərbaycana daha böyük üstünlüklər vəd edir...

 

Şəkilin açıqlaması yoxdur.

P.S Təqdim etdiyim foto İstanbulda-Kadıköydə çəkilib. Türkiyədə də ona simpatiya bəsləyənlər bəlli çevrə var. Bu yaxınlarda “erməni genosidi” ifadəsi işlətdiyinə görə Türkiyədə qapadılmış “ Acik Radyo”nu da Qreta Tunberq ziyarət etmişdi. Erməni yanlısı olan redaksiyaya həmrəyliyini dilə gətirmişdi. Bu xanım dəfələrlə Türkiyənin də əleyhinə bəyanatlar səsləndirib...

Elbəyi Həsənli

visiontv.az