Daim İran hökumətini tənqid edən “İslam Respublikası” qəzeti yazıb ki, Neft Nazirliyi son üç ildə ölkənin müxtəlif şəhərlərində 9 məscidin tikintisi üçün 287 milyard tümən (681 milyon 986 min 187 $) xərcləyib.
“İslam Respublikası” qəzeti “Məscid tikintisinin Netf Nazirliyi ilə nə əlaqəsi var?” başlıqlı məqaləsində nazirliyin büdcəsinin hara və necə xərclənməsi tənqid edilib. Bildirilib ki, məscid tikintisindən daha çox su qıtlığından, səhiyyə çatışmazlığlığından və təhsil infrastrukturundan və digər problemlərdən əziyyət çəkən bölgələrin rifahına vəsait ayrılmalıdır.
Qəzet Neft Nazirliyinin sanksiyalardan yayınmaq üçün yol axtarmalı olduğu bir dövrdə missiyasını dəyişdirərək məscid tikintisinə girdiyini və bəlkə də “düşmənin hiyləsinə qalib gəlmək üçün dua edən bir ordu” yaratmaq qərarına gəldiyini yazıb.
visiontv.az
"Persepolis" azarkeşlərinin türklərə qarşı irqi təhqirləri ilə bağlı məhkəmə işi başlayıb