Qaşqay türkü Şəmşad Exlasi İran rejimi qüvvələri tərəfindən güllələnib
23.01.2026

Qaşqay türkü Şəmşad Exlasi Əli Qayarlı Şirazda İran rejimi qüvvələrinin birbaşa atəşi nəticəsində həlak olub.

Şəmşad Exlasi Şirazın Mianrud şəhərindəki Qəhrəmanlar Meydanı ərazisində keçirilən etiraz mitinqi zamanı birbaşa atəşə tutulub və güllə onun ürəyinə dəyib.

O, 10 yanvar 1988-ci ildə anadan olub və 37 yaşına çatmasından bir gün əvvəl öldürülüb.

Qeyd edək ki, rejim qüvvələri Şəmşad Exlasinin ailəsinə dəfn mərasiminin kütləvi toplaşma olmadan məhdud şəraitdə keçirilməsi üçün təzyiq göstərib.

visiontv.az