İran Hörmüz boğazını yalnız Tehranın İslamabad razılaşmasına əsaslanan yeddi şərti tam yerinə yetirildikdən sonra açacaq.
Bunu İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf bildirib.
"Mediada tamamilə fərqli mövqe nümayiş etdirən amerikalılar son vaxtlar vasitəçilər üzərindən bir sıra təkliflər irəli sürüblər.
Lakin onlar anlamalıdırlar ki, vaxtı uzatmaq və birtərəfli tələblər diktə etmək dövrü artıq geridə qalıb", — deyə o qeyd edib.
O, həm də əlavə edib ki, İslam Respublikasının mövqeyi "tamamilə şəffaf və qətidir".
visiontv.az