Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində Cəkiqur sərhəd alayının əməkdaşlarının olduğu avtomobilə silahlı hücum olub.
Bu barədə Bəlucistan İnsan Hüquqlarının Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.
Hücum nəticəsində Mürtəza Səyyadi həlak olub, Hamid Səyyadi və Mürtəza Bozi isə yaralanıb.
Şahidlər də şəxsi avtomobildə hücuma məruz qalan silahlı şəxslərin Cəqigur sərhəd alayının məmurları olduğunu bildirsələr də,
SEPAH-a bağlı media orqanları nəqliyyat vasitəsindəki sərnişinlərin Rimdan sərhədindəki sürücülər olduğunu yazıblar.
visiontv.az