Fransa Superkubokunun qalibi bəlli olub.
Visiontv.az Apasport.az-a istinadən xəbər verir ki, matç Qətərin paytaxtı Doha şəhərində baş tutub.
Görüşdə PSJ "Monako" ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə Usman Dembele fərqlənib.
Bununla da PSJ Fransa Superkubokunun qalibi olub. Parislilər bu göstəricidə rekordçudur.
Titul sayında ikinci pillədə "Lion" qərarlaşıb. Komandanın aktivində 8 belə kubok var.
Fransa Superkuboku
PSJ - "Monako" 1:0