Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər
23.09.2026

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Moskvada keçirilə bilər və Ukrayna liderinə təhlükəsizlik zəmanəti veriləcək.

 Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, əks halda iki ölkə liderinin görüşü vaxt itkisinə çevrilə bilər.

Peskov bildirib ki, Moskva  Zelenskinin Rusiya paytaxtına gəlməsi halında onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.

Rusiya rəsmisi daha əvvəl də  Zelenskinin Putinlə görüşmək istəyəcəyi təqdirdə, Moskvaya gələ biləcəyini və bununla bağlı dəvətin qüvvədə qaldığını bildirib.

visiontv.az