Azərbaycana payız gəldi
23.09.2026

Sentyabrın 23-ü saat 04:05-də Azərbaycana payız fəsli daxil olub.

Bu barədə Bakı  Dövlət  Universitetinin  Fizika fakültəsinin  Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu tarixdə gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə çıxıb, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır.

2026-cı ildə astronomik payız 89 gün 20 saat 45 dəqiqə və dekabrın 22-də baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən şimal yarımkürəsində astronomik qış, cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

visiontv.az