Paşinyanın Rusiyaya səfərlərinin məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın təsirlərini neytrallaşdırmaqdır
01.04.2026

Ermənistanın baş naziri Nikol Paşinyanın tez-tez Rusiyaya səfərlərinin və Kreml sahibi Vladimir Putinlə görüşlərinin məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini neytrallaşdırmağa çalışmaqdır.

Kreml Paşinyanın seçkidə qələbəsinə mane olmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verə bilər. Bundan başqa Paşinyan əmindir ki, Kreml seçki öncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edəcək. Paşinyan bunları önləmək üçün sabah Putinin hüzuruna gedəcək. Ancaq Putin Ermənistanla bağlı planlarını reallaşdırmamaq üçün Paşinyandan Rusiyanın regional maraqlarını nəzərə almasını istəyəcək. Paşinyan Putinin əsas tələblərini yerinə yetirməyəcəyinə görə, Kreml də seçkiqabağı planlarından imtina etməyəcək. Ancaq Paşinyan Putinə onu da izah etməyə çalışacaq ki, Rusiya Prezidenti məğlubiyyətlə üzləşəcək erməni müxalifətinə dəstək verməkdənsə, onunla yola davama üstünlük versin.

Elxan Şahinoğlu

visiontv.az