Orbanın məğlubiyyəti: Ukrayna qazanır, Avropa güclənir.
Viktor Orbanın siyasi zəifləməsi sadəcə Macarıstan daxilində hakimiyyət dəyişikliyi deyil. Bu, Avropa Birliyi daxilində uzun illər davam edən bir müqavimət xəttinin qırılmasıdır. Orban Brüssel üçün problem idi.
Orban Avropa daxilində Ukrayna məsələsində ən açıq əngəl idi. O, Rusiyaya qarşı sərt siyasətin genişlənməsini ləngidir, sanksiyaların təsirini müzakirəyə açır və Ukraynaya verilən dəstəyin miqyasını sual altına qoyurdu. Bu, Brüssel üçün narahatlıq yaradırdı.
Avropa artıq Ukrayna məsələsində daha sürətli, daha sərt və daha az mübahisəli qərarlar qəbul edəcək. Yəni daha çox silah, daha çox pul, daha sürətli inteqrasiya.
Orbanın yoxluğu Donald Trampı da məyus edib. Amerika prezidenti onun şəxsində Avropa Birliyində əsas dayağını itirib…
Elbəyi Həsənli
visiontv.az