“70 nəfər, 0 nəticə”: Məhəmməd Baqir Qalibaf danışıqlara sərt ultimatum verdi
16.04.2026

Məhəmməd Baqir Qalibaf İran və ABŞ arasında Pakistanda keçirilən danışıqların uğursuzluğundan sonra qəzəblə bildirib ki, belə bir vəziyyətdə nəticənin bundan yaxşı olması mümkün deyil.

O deyib: “Yetmiş nəfəri danışıqlara göndərmisiniz, sanki yetmiş ayrı dövlət danışıqlara qatılıb. 21 saatlıq danışıqların 20 saatını öz adamlarımızı razı salmağa sərf etdik və sonda heç bir nəticə əldə olunmadı. Hər kəs öz siyasi qanadının havasını çalır, nə kimsə məsuliyyəti üzərinə götürür, nə də qərar vermə səlahiyyətini kiməsə verir.”

Məhəmməd Baqir Qalibaf hədələyib ki, ya növbəti danışıqlar raundunda ona tam qərarvermə səlahiyyəti veriləcək, ya da o, ümumiyyətlə danışıqlarda iştirak etməyəcək.

visiontv.az