ABŞ Dövlət Departamenti bildirib ki, Məsumə İbtəkərin oğlu İsa Haşimi, onun həyat yoldaşı Məryəm Təhmasibi və onların uşağı saxlanılıb. Nazirliyin məlumatına görə, Haşimi və ailə üzvləri ABŞ dövlət katibinin onların daimi yaşayış icazəsini ləğv etməsindən sonra həbs ediliblər. Onların saxlanılması federal agentlər tərəfindən həyata keçirilib.
Məlumata əsasən, Haşimi, Təhmasibi və onların övladı 2014-cü ildə Barak Obamanın administrasiyası dövründə verilmiş vizalarla ABŞ-a daxil olublar.
2016-cı ilin iyun ayında, İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmini ələ keçirməsi və 10 amerikalı dənizçini saxlamasından bir neçə ay sonra, Obama administrasiyası “müxtəliflik vizası” proqramı vasitəsilə hər üç İran vətəndaşına daimi qanuni yaşayış statusu verib.
Xatırladaq ki, Məsumə İbtəkar 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsi hadisəsi zamanı tələbə qrupunun sözçülərindən biri olub.
visiontv.az