Cütlüklərin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə davam edib.
Öpüşün sirləri haqqında
Öpüşmək haqqında maraqlı faktlar:
Ən uzun öpüş
Tailandda ən uzunmüddətli öpüş müsabiqəsi turizm şəhəri olan Pattayda keçirilib. Rekord yenilənməsində 14 cütlük iştirak edib ki, onlardan 7-i rekorda imza ata bilib. Cütlüklərin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə davam edib. Müsabiqə təşkilatçısının sözlərinə görə, rekordçuların sayı və əldə edilən nəticə gözlədiklərindən çox olub.
Qaydalara görə, iştirakçılara oturmağa icazə verilməyib. Onlar ancaq ayaqyolundan istifadə ediblər. Suyu və şirəni isə boru vasitəsilə içiblər. Yarışa yalnız əsl sevgililər buraxılıb. Belə ki, rekord vurmaq istəyənlər ya evlilik şahədətnaməsini göstərməli, ya da valideynlərindən məktub gətirməli idilər. Qaliblərə 1,6 min dollar dəyərində brilyant üzük və 3,2 min dollar pul mükafatı verilib.