Onların nə günahı, əlləri elə öyrəşib...
Onların nə günahı, əlləri elə öyrəşib...
20.09.2021 Səlahəddin Xəlilov Tərəfindən

Meyvə alanda satıcıdan xahiş etdim ki, seçməsin.

O da təəccüblə baxıb deyir ki, hamı xahiş edir ki, seç, Siz isə...

Deyirəm, onlar elə bilir ki, əliniz Sizi dinləyəcək,  amma mən bilirəm ki, o sadəcə  alışdığını edəcək.

Alışdığı isə seçmək adı ilə pisi seçməkdir.

Mənim bir məqaləm var - "Əlin mənəviyyatı".

Epiqraf da Tacir Əskərin sözləridir: "Əlinin bərəkəti mənə bəsdir". Psixologiada əlin, ayağın subyektləşməsi hələ yeni-yeni öyrənilir.

Dilimizdə isə - artıq sözlər birləşib: "Əliaçıq", "əliəyri" və s. Yaxud: "Əli bərkdir" - simicdir, "Ayağı ağırdır", "ayağı sürüşkəndir" və s.

Filosof Səlahəddin Xəlil

Visiontv.az