Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
04.11.2026

Rusiya və Ukrayna razılaşmaya yaxındır.

ABŞ Prezidenti Donald Tramp bunu "Financial Times"a (FT) telefonla müsahibəsində bildirib.

"Güman edirəm ki, hər iki tərəf "gəlin razılığa gələk" deyəcək mərhələsindədir", - o deyib.

ABŞ Prezidenti həmçinin iki ölkə arasında sülh danışıqlarında irəliləyişlə bağlı nikbinliyini ifadə edib. Lakin FT qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqları aparanları Trampın nikbinliyini bölüşmürlər.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun sözlərinə görə, tərəflər müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması və humanitar səyləri müzakirə edəcəklər. Bu həftə  Amerika danışıqçıları  Avropa nümayəndələri ilə görüşəcəklər.

visiontv.az