Güneyli şair dünyasını dəyişdi
02.05.2026

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən olan tanınmış şair və mədəniyyət xadimi Heydər Abbasi (Barışmaz) 83 yaşında dünyasını dəyişib.

Bu barədə yerli media məlumat yayıb.

Barışmaz, 1943-cü ildə Marağada anadan olub, ibtidai və orta təhsilini Marağada, ali təhsilini isə Azarabadeqan Universitetində davam etdirib və ingilis dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi alıb.
 
30 kitab müəllifi oan Barışmaz, şairliklə yanaşı rəssamlıq, heykəltəraşlıq və oyma sənəti sahəsində də fəaliyyət göstərib.

Ərəb, ingilis, Fransa və rus dillərini mükəmməl bilən marağalı şairin yaradıcılığının böyük hissəsi öz anada ilində olub.

"Çağırılmamış qonaqlar", "Nəğmə tağı", "Divarlar", "Səs", "Unudulmaz xatirələr", "güləndə hər zaman", "Qoşmalar və qəzəllər" və b. şeir və nəsr kitabları ən çox oxunan əsərlər siyahısına düşüb.

visiontv.az