Nərgiz Məhəmmədinin sağlamlıq durumu ağırlaşdı: ölüm-dirim arasındadır
07.05.2026

2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin ailəsi və yaxınları onun sağlamlıq durumunun son dərəcə ağırlaşdığını bildiriblər.

Məlumata görə, zindandan xəstəxanaya köçürüldükdən sonra onun səhhəti daha da pisləşib və ailəsi onun durumunu “ö*lümlə həyat arasında” kimi xarakterizə edir.

Parisdə fəaliyyət göstərən Nərgiz Məhəmmədiyə Dəstək Komitəsi də onun vəziyyətinin kritik olduğunu açıqlayıb.

Bildirilir ki, Məhammaədi son dövrlərdə uzunmüddətli aclıq aksiyası səbəbindən qan təzyiqinin kəskin düşməsi, sinə ağrıları və ürək problemləri yaşayıb, bir neçə dəfə huşunu itirdikdən sonra təcili xəstəxanaya yerləşdirilib.

visiontv.az