Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı sənətçi Mürtəza Pərvin həbsxananın 7-ci bölməsində “Azadlıq” adlı əsər təqdim edib.
Təsviri incəsənət sahəsində fəaliyyət göstərən və siyasi məhbus olan sənətçi, həbs olunmazdan əvvəl də bir sıra sərgilər təşkil etmişdi. Bu dəfə isə o, məhdud şəraitdə və digər məhbusların iştirakı ilə təxminən 1x1 metr ölçüdə parça üzərində xəttatlıq üslubunda bir əsər yaradıb.
Əsərdə “Ah azadlıq, nə qədər təminatsızsan!” ifadəsi yer alıb.
Bu əsər bölmədə olanlar tərəfindən alqışla qarşılanıb. Mürtəza Pərvin çıxışının sonunda bu əsəri İrandakı mübariz qadınlara həsr etdiyini bildirib və xüsusilə hüquqşünas və insan haqları fəalı Nəsrin Sotudənin adını çəkib.
visiontv.az