İrandan qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilməsi planlaşdırılan təbii qadın saçları aşkar edilib.
Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Məlumata görə, gömrük əməkdaşları iranlı sürücünün yük maşınının kabinəsindəki yastıqların içərisində 26 kiloqram ağırlığında 143 dəstə insan saçı tapıblar.
Ermənistanın Dövlət Gəlirləri Komitəsi son aylarda oxşar halların artdığını vurğulayıb:
"Bu ilin əvvəlindən iyun ayına qədər gömrük nəzarətindən bəyan edilməmiş və ya gizli şəkildə təbii saç idxalı ilə bağlı 11 hal aşkar edilib. Ümumilikdə, Ermənistanın dövlət sərhədindən ölkəyə 135,7 kiloqram ağırlığında 621 dəstə təbii saç daxil etməyə cəhd edilib".
İranlı sosial media fəalları və xaricdə fəaliyyət göstərən fars dilli müxalif media, saçların yanvar etirazlarında öldürülən etirazçı qız və qadınlara aid olduğunu iddia edirlər.
visiontv.az